Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi

0

  •        10.05.2022-ci il
    tarixində Xocalı rayon mədəniyyət evində Yeni Azərbaycan Partiyası Xocalı
    rayon təşkilatının və rayon mədəniyyət evinin birgə təşkilatçılığı
    ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə
    Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Yeni Azərbaycan Partiyasının
    Xocalı rayon təşkilatının sədri Vahid Əliyev,
    Gəncə
    Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov,
    rayon mədəniyyət evinin işçiləri və rayon ictimaiyyəti iştirak etdilər.            Tədbirdə ilk öncə Ulu öndər
    Heydər Əliyevin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.

               Sonra Xocalı
    rayon Təhsil Şöbəsinin müdir müavini Nəcəf Həsənov çıxış edərək bildirdi ki, Ümummilli
    liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib.
    Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili
    hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin
    formalaşmasında vacib olan amillərdən biridir. Ulu öndər Heydər Əliyev
    Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi,
    ideoloji problemləri ilə bilavasitə məşğul olub. 1980-ci
    illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının
    gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu öndər Heydər
    Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. 

          Yeni Azərbaycan Partiyasının
    Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxış edərək qeyd etdi ki, ölkəmizin
    milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri
    olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni
    tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti
    idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada
    nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin
    yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə
    minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində
    əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin
    maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və
    iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.

    Xocalı rayon İcra
    Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək bildirdi ki, Heydər Əliyev həm sovet dövründə, həm də
    müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi
    xidmətlər göstərmişdir. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki,
    müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması da Heydər
    Əliyevin adı ilə bağlıdır. Bu elə bir iqtisadi sistemdir ki, o, respublikamızın
    perspektiv inkişaf, xalqın yaşayış səviyyəsinin yüksəldilməsi imkanlarını
    reallaşdırmaq üçün güclü zəmin yaratmağa qadirdir. Müstəsna təşkilatçılıq
    qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin analitik təfəkkürə malik
    olan Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları
    fundamental xarakter daşıyır. Bu konseptual baxışlar Azərbaycan reallığına,
    onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən
    proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanır. 

     

    Hafiz Abbasov,Xocalı rayon Mədəniyyət evinin direktoru

     



     

     

     

    10.05.2022
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Rayonumuzda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 cu ildönümü qeyd edildi

    Maraqlı gələ bilər
    49
    74
    56
    53